Sen
2021
13:04
138
50
4054
Virtual karabakh

Xalq Bank kredit faizlərini daha da endirdi!

2 Sen, 2021
13:04
4054

Xalq Bank kredit faizlərini daha da endirdi!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən böyük banklarından biri olan Xalq Bank 2 sentyabr tarixindən etibarən bütün fiziki və hüquqi şəxslər üçün kreditləri daha sərfəli, kredit müddətini daha uzun, şərtləri isə daha sadə etdi.  

Artıq Xalq Bankda istehlak kreditini illik 12 %-dən, avtomobil kreditini 15 %-dən (“Autolux Azərbaycan” şirkətinin təqdim etdiyi avtomobillərə illik 10 %), biznes kreditini manatla 10%-dən, xarici valyutada 5 %-dən, daxili ipoteka kreditini isə 22 il müddətinə, illik 9 %-dən başlayan faiz dərəcələri ilə əldə etmək mümkündür. Bank qeyri-yaşayış sahələrinin ipotekasını illik 10 %-dən başlayan faiz dərəcəsi ilə 15 il müddətinə təklif edir.

İstehlak kreditlərinin müddəti 72 ayadək, əməkhaqqı layihələri üzrə təminatsız kreditlərin məbləği 20 000 manatadək artırılır. Kredit komissiyası 0,1 % təşkil edir. 

Xalq Bankın təqdim etdiyi kredit və digər məhsullar haqqında ətraflı məlumatı Bankın rəsmi “Facebook” və Instagram” səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri