Sen
2021
17:24
278
20
3167
Virtual karabakh

Ev yiyəsi cismi əzilmiş, ruhu yurd sahibini gözləyən Qarabağa qayıtdı: Məscidlərdən FOTOREPORTAJ

4 Sen, 2021
17:24
3167

Ev yiyəsi cismi əzilmiş, ruhu yurd sahibini gözləyən Qarabağa qayıtdı: Məscidlərdən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç şübhəsiz erməni vəhşiliyi və vandallığı sərhəd tanımır. Bu cümlənin təsdiqləmək üçün sadəcə işğaldan azad edilmiş ərazilərə göz gəzdirmək kifayətdir. Nə yaşayış evi, nə yol, nə mədəniyyət evi, nə də ibadət evləri bu “millət”in barbarlığından sığortalanmayıb. Lakin hər şey ötən ilin 27 sentyabr tarixindən etibarən 180 dərəcə dəyişdi. Ev yiyəsi cismi əzilmiş, ruhu yurd sahibini gözləyən Qarabağa qayıtdı.

Hazırda işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və təmir işləri aparılır. Bu tədbirlər çərçivəsində təbii ki, dini etiqad məbədləri diqqətdən kənar qala bilməz. 

Oxu.Az-ın fotoqrafı Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidlərinin son halını əbədiləşdirib. 

Əbədiləşdirib ki, ürəyi ora çatıb özü çata bilməyənlər tarixi faktları öz gözləri ilə görsünlər:

 

FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri