Sen
2021
13:39
339
94
15854
Virtual karabakh

Həbsdə olan sabiq icra başçısının ölüm səbəbi bəlli oldu - YENİLƏNİB + VİDEO

8 Sen, 2021
13:39
15854

Həbsdə olan sabiq icra başçısının ölüm səbəbi bəlli oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin ölüm səbəbi məlum olub.

Oxu.Az-ın məlumata görə, o, ötən gün Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunda koronavirusdan vəfat edib.

N.Quliyev 67 yaşında dünyasını dəyişib.

İlhamə Əbülfət

13:16

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev həbsdə saxlanıldığı müəssisədə vəfat edib.

Oxu.Az-ın məlumata görə, o, ötən gün dünyasını dəyişib.

Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri