Sen
2021
16:24
22
321
4242
Virtual karabakh

Tovuzda 10 yaşlı Nərmini qətlə yetirən şəxsin məhkəməsi keçirilir

8 Sen, 2021
16:24
4242

Tovuzda 10 yaşlı Nərmini qətlə yetirən şəxsin məhkəməsi keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilir.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Nərmin Quliyevanın yaxınlarının növbəti dəfə dindirilməsi olacaq.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri