10 
Sen
2021
16:04
155
612
23684
Virtual karabakh

Ramiz Göyüşovu videosu ilə hədələyən sayt rəhbəri həbs edildi - YENİLƏNİB

10 Sen, 2021
16:04
23684

Ramiz Göyüşovu videosu ilə hədələyən sayt rəhbəri həbs edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq sayt rəhbərinin həbsi ilə bağlı daha bir məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

“Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb.

Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi – Azadinfo.az MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun (Mahir Xəttab) qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə Azadinfo.az xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında Azadinfo.az xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

15:48

Azadinfo.az saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Report”a onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

15:04

Azadinfo.az saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) rüşvət alarkən yaxalanıb.

Bu barədə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. 

Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, Mahir Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Mənbə: Trend

10:28

Azadinfo.az saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təsdiqləyiblər. 

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Qeyd edək ki, YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovun fikirlərini öyrənib. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi Rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri