12 
Sen
2021
16:01
121
1041
15232
Virtual karabakh

İtə rəhmsiz rəftar göstərən şəxslərin müəyyən edilməsi ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB/VİDEO

12 Sen, 2021
16:01
15232

İtə rəhmsiz rəftar göstərən şəxslərin müəyyən edilməsi ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və  təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

09:52

Sosial şəbəkədə itə qarşı zorakılıq hadisəsinin videousu yayılıb.

Videoda yetkin yaşlarında bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır.

Videounun həmin kişinin əlbiri olan başqa bir nəfər tərəfindən çəkilərək sosial şəbəkədə yayıldığı bildirir.

Sosial şəbəkə istifadəçiləri bu hadisəni hiddətlə qarşılayır.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri