13 
Sen
2021
16:34
97
59
3988
Virtual karabakh

Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Nazirlikdən AÇIQLAMA

13 Sen, 2021
16:34
3988

Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Nazirlikdən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni dərs ili başlamazdan əvvəl bir çox valideynlər, xüsusən övladı birinci sinfə qədəm qoyacaq şagirdlərin valideynləri müəllimlərə gül buketləri təqdim etməyin mümkün olub-olmayacağını sual edir.

Bu mövzunun qanunla tənzimlənmədiyi aydındır, lakin keçən il Təhsil Nazirliyi pandemiya ilə əlaqədar ciddi məhdudiyyətləri nəzərə alaraq, valideynlərdən məktəbə gül buketləri gətirməməyi xahiş etmişdi.

Media.Az bu il müəllimlərə gül təqdim etməyin mümkün olub-olmayacağını öyrənmək qərarına gəlib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, sözügedən məsələ ilə əlaqədar heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Azərbaycanda yeni tədris ili əyani formada təşkil ediləcək.

Məktəblərin açılması mərhələli şəkildə həyata keçiriləcək.

Belə ki, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə V-XI siniflər, o cümlədən ali və orta ixtisas, həmçinin məktəbkənar təhsil müəssisələrində ənənəvi tədris bərpa olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri