15 
Sen
2021
13:30
48
458
18200
Virtual karabakh

Yaqub Zurufçu dəfn edilib - YENİLƏNİB + VİDEO

15 Sen, 2021
13:30
18200

Yaqub Zurufçu dəfn edilib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) məzarları yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Y.Zurufçu ötən gün “Yeni klinika”da vəfat edib.

13:10

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu dəfn olunur. 

Y. Zurufçu “Qurd qapısı” qəbristanlığında torpağa tapşırılır.

10:55

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. 

Oxu.Az xəbər verir ki, Yaqub Zurufçu bu gün “Qurd qapısı” qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. 

09:25

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

Bu barədə “Report”a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri