16 
Sen
2021
14:14
168
10
1390
Virtual karabakh

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı

16 Sen, 2021
14:14
1390

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ki, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov saxlanılıb.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan məişət təmir avadanlıqları, müxtəlif ərzaq məhsulları, siqaret, suötürücü qurğular və elektrik naqilləri  oğurladığı müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri