16 
Sen
2021
17:32
264
19
3504
Virtual karabakh

Abşeronda quldurluq və soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində vətəndaş Samir Quliyevə qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib, “Mersedes” markalı avtomobilini və bir ədəd mobil telefonunu əlindən alıblar.

Vətəndaş hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Xırdalan şəhəri ərazisində Namiq Mikayılzadə və qardaşı Rəhimə qarşı zor tətbiq edərək, üzərlərində olan bıçaqla onları hədələyib 180 manat pulunu alan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər zərərçəkən qardaşların olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib pulları quldurluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt  ərazisində digər cinayətlər törətdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri