17 
Sen
2021
11:24
76
20
1624
Virtual karabakh

Azərbaycanda tələbələrə təhsil krediti nə vaxtdan veriləcək? - RƏSMİ

17 Sen, 2021
11:24
1624

Azərbaycanda tələbələrə təhsil krediti nə vaxtdan veriləcək? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq”.

Oxu.Az-ın az məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, bu il 40 minə qədər tələbəyə təhsil kreditlərinin verilməsi həyata keçiriləcək.

“Təhsil tələbə kreditləri təhsil üçün tamamilə yeni mexanizmdir. Həm bakalavr, həm də magistrlar bu kreditlərdən yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib. Biz bu prosesdə gecikməmişik və oktyabrın əvvəlindən prosesə başlanılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri