17 
Sen
2021
13:40
38
252
6897
Virtual karabakh

“Taliban”ın axtardığı qadın aktivist: “Məni edam edəcəklər” - VİDEO

17 Sen, 2021
13:40
6897

“Taliban”ın axtardığı qadın aktivist: “Məni edam edəcəklər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taliban” Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl qadın hüquqları müdafiəsi üzrə fəallığı ilə məşhur olan Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

Hazırda o, “Taliban” rejimindən gizlənir.

Taranom Seyidi “CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib. Məlumata görə, bu qadının “Taliban”ın gözündə yeganə təqsiri küçələrdə bərabərlik hüquqlarını tələb etməkdir.

Buna görə, o döyülüb və təzyiqlərə məruz qalıb. Bu səbəbdən “Taliban” qorxusu onu hər yerdə izləyir.

Taranom Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qalan yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

T. Seyidi bildirib ki, onun taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da mübarizəsini davam etdirəcəyini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri