17 
Sen
2021
14:38
49
158
12880
Virtual karabakh

Azərbaycanlı dünya çempionuna hökm oxundu - FOTO

Azərbaycanlı idmançı Nail Salyayevin törətdiyi cinayət üzrə işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Oxu.Az-ın xəbərinə görə, Gürcüstan vətəndaşı olan Nail Salyayev 5 fevral saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi QAZ 33021 yük markalı avtomobillə qəza törədib.

O, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Bərəkət Market”in yaxınlığında yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs 4 gün sonra - fevralın 9-da dünyasını dəyişib.

N.Salyayev məhkəmə iclasında özünü təqsirli bilməyib. O, 2019-cu ildə Gürcüstanda “B” kateqoriyalı sürücülük vəsiqəsi aldığını, 2005-ci ildə işləmək üçün Azərbaycana gəldiyini qeyd edib. O, vurduğu piyadanı tanımadığı avtomobillə 3 saylı Sabunçu xəstəxanasına çatdırdığını bildirib.

Məhkəmə zamanı məlum olub ki, N.Salyayevlə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə edilib. Bu səbəbdən də mərhumun övladı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sonda Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hökmünə əsasən N.Salyayevə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 31 yaşlı Nail Salyayev 2008-ci ildən Azərbaycan Budo Döyüş növləri Federasiyasının idmançısı olub. Dəfələrlə Azərbaycan çempionu olan Salyayev 2012-ci ildə dünya çempionluğuna da yiyələnib. O, həmçinin kikboksinq yarışlarına da çıxıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri