17 
Sen
2021
17:22
16
470
13801
Virtual karabakh

Nazirin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara RƏSMİ CAVAB

17 Sen, 2021
17:22
13801

Nazirin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilini müşaiyyət edən kortejin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçərkən yolların bağlanması barədə iddialar yayılıb. 

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib. 

O bildirib ki, bəzi xəbər portallarında ekologiya və təbii sərvətlər nazirinin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçəndə yolların bağlanması barədə doğru olmayan xəbər paylaşılıb:

“Halbuki elə dərc olunan məlumatda da Daxili İşlər Nazirliyinin sözçüsü təkzib verərək belə halların baş vermədiyini və iddiaların tamamilə yanlış olduğunu bildirib. 

Təəccüblüdür ki, olmayan hadisəni xəbərə çevirib, sonra elə həmin yazıda da rəsmi təkzibini vermək, diqqət çəkmək üçün şou xarakterli başlıq qoymaq, belə cəfəng, həqiqətə söykənməyən informasiyanı tirajlamaq cəmiyyətə və mediaya görəsən nə qazandırır? Belə xəbər, belə jurnalistika olurmu? 

Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar? Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır”.

“Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu cür yalan məlumatları yayanlara deyəcək söz tapmıram”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri