18 
Sen
2021
09:10
12
98
791
Virtual karabakh

Bakıda yük maşını qəzaya düşüb, bir nəfər xəsarət alıb

18 Sen, 2021
09:10
791

Bakıda yük maşını qəzaya düşüb, bir nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yük maşını qəzaya düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə Qaradağ rayonu, Ələt qəsəbəsinin ərazisində baş verib. “Shacman” markalı yük avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri