21 
Sen
2021
10:52
89
39
2315
Virtual karabakh

Bakıda vaksinasiya saxtakarlığı ilə bağlı cinayət işi açıldı

21 Sen, 2021
10:52
2315

Bakıda vaksinasiya saxtakarlığı ilə bağlı cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında COVID-19 əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri