21 
Sen
2021
11:00
10
179
859
Virtual karabakh

ETSN: “Ermənilər hərbi əməliyyatlar zamanı Şuşa meşələrində yanğınlar törədib”

21 Sen, 2021
11:00
859

ETSN: “Ermənilər hərbi əməliyyatlar zamanı Şuşa meşələrində yanğınlar törədib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Onun sözlərinə görə, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub:

“Fauna və flora növləri ciddi təsirlərə məruz qalıb. Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin, qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib”.

V.Kərimov qeyd edib ki, işğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri