21 
Sen
2021
11:12
71
9
2206
Virtual karabakh

Arvadını məhkəmə binasının qarşısında öldürən şəxsdən xəbər var

21 Sen, 2021
11:12
2206

Arvadını məhkəmə binasının qarşısında öldürən şəxsdən xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin iyunun 18-də Tərtər rayon sakini Arzu Əliyevanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.

Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri