21 
Sen
2021
11:48
253
44
1844
Virtual karabakh

Sabahdan məktəblər açılır

21 Sen, 2021
11:48
1844

Sabahdan məktəblər açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan ölkə üzrə məktəblər açılır.

Oxu.Az-ın məlumatına görə, bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

Artıq məktəblərdə dərslərin başlaması üçün dezinfeksiya işləri aparılıb.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 471 661 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 49 171, IX sinfində 36 199, X sinfində  27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri