22 
Sen
2021
12:52
516
12
4454
Virtual karabakh

Birinci sinfə gedən şəhid övladları - FOTO

22 Sen, 2021
12:52
4454

Birinci sinfə gedən şəhid övladları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycanda məktəblər açılıb.

Oxu.Az-ın məlumatına görə, bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.

Məktəbə gedənlər arasında 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin övladları da var. 

Şəhid Aqil Məlikovun övladı Süleyman Məlikov bu il birinci sinfə gedir. Qeyd edək ki, A.Məlikov ötən il Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. 

Vətən müharibəsində şəhid olmuş Zahir Mehdiyevin oğlu Samir Mehdiyev də birinci sinfə gedir.

Zahir Mehdiyev noyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Qəhrəmanımız Elgün Əzizovun oğlu Məhəmməd Əzizov da məktəbə ilk qədəmini qoyur. 

E.Əzizov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Eyni zamanda, Vətən müharibəsində şəhid olan leytenant Nurlan Həsənovun qızı Nurgül bu il birinci sinfə gedir. 

N.Həsənov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Məmmədhəsən Sadıqlının övladı Uğur da birinci sinfə gedib. 

O, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri