23 
Sen
2021
13:04
14
70
1411
Virtual karabakh

Ekoloji ekspertiza rəyləri ilə bağlı YENİLİK - FOTO

23 Sen, 2021
13:04
1411

Ekoloji ekspertiza rəyləri ilə bağlı YENİLİK - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müvafiq ekoloji ekspertiza rəylərinin alınması, təqdim olunan layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və bu istiqamətdə bir sıra digər prosedurların elektron sistemə keçirilməsi planlaşdırılır”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, bu sistemə keçiddə əsas məqsəd şəffaflığın və operativliyin təmin olunması, vaxt itkisinin qarşısının alınmasıdır.

“Hazırda elektron sistemin təkmilləşdirilməsi üçün işlər aparılır. Ümid edirəm ki, nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra məqsədimizə çatmış olacağıq, tam təmassız formada daxil olan müraciətlərin cavablandırılmasını təmin edə biləcəyik”.

M.Qəmbərov layihələrin ekoloji qiymətləndirilməsinin ictimai dinləmələr əsasında aparıldığından da danışıb:

“Biz daim ictimaiyyətə açığıq, onların fikirlərini, maraqlarını, işimizə kömək edən, ətraf mühit üçün ekoloji baxımdan məqbul hesab edilən hər cür yanaşmanı zəruri hesab edirik. Çünki əsas məqsədimiz ətraf mühitin mühafizəsi, mövcud ekoloji faktorların saxlanılması, qorunmasıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri