23 
Sen
2021
15:05
45
87
3554
Virtual karabakh

Keyfiyyətli ali təhsilə aparan yol “Leznik & Co.”dan keçir - FOTO

23 Sen, 2021
15:05
3554

Keyfiyyətli ali təhsilə aparan yol “Leznik & Co.”dan keçir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni tədris ilinin başlanğıcı - gələcək üçün hədəflər barədə qərar vermək və universitetə qəbul olmaq üçün imtahanlara hazırlaşmağa ən yaxşı vaxtdır. İxtisas və universitet seçimi isə asan deyil. Lakin “Leznik & Co.” doğru qərarlar verməyə sizə kömək edəcək!

“Leznik & Co.”-da SAT, ACT, IELTS və TOEFL hazırlıq qruplarına, həmçinin məktəblilər və tələbələr üçün ingilis dili və riyaziyyat üzrə məşğələlərə qeydiyyat davam edir. Təhsil mərkəzi həm Azərbaycanın, həm də xarici ölkələrin qabaqcıl universitetlərinə qəbul üçün tələb olunan geniş xidmətlər təklif edir.

Valideynlərin iştirakı ilə pulsuz bir məsləhətləşmənin nəticələrinə əsasən gələcək peşəni və ali məktəbi seçən abituriyent dərhal lazımi imtahanlara hazırlaşmağa başlaya bilər. Ancaq bunun üçün müvəffəqiyyətli test nəticələri kifayət deyil: Namizədlərə bir sıra sənədlər hazırlamaq gərəkdir və bunun üçün onlara şirkətin təcrübəli mütəxəssisləri kömək etməyə hazırdır.

“Leznik & Co.” 2017-ci ildə Bakıda tanınmış riyaziyyatçı Emil Leznik və onun iş ortağı, nüfuzlu “Berlin Charite” Universitetinin məzunu Rahul D'Mello tərəfindən təsis edilib. Qısa müddətdə şirkət valideynlərin etibarını qazanıb və fəaliyyətini genişləndirərək, Azərbaycanın ən böyük özəl məktəbi- “LANDAU School”un təməlini qoyub.

Bu gün “Leznik & Co.” “British Council”ın tərəfdaşıdır və beynəlxalq idarəetmə sistemi standartının ən son versiyası olan və xidmət göstərilməsinin bütün mərhələlərində müştərilərin tələblərini tam təmin edən şirkətlərə verilən ISO9001:2015 sertifikatına malikdir.

“Leznik & Co.”da SAT, ACT, IELTS, TOEFL, PTE, IGCSE, A-Level imtahanlarına hazırlıq aparılır, “Calculus” (ali riyaziyyat), “Linear Algebra” (xətti cəbr), “Statistics” (statistika) dərsləri tədris olunur. Fərqli proqramlar həm orta məktəb şagirdləri tərəfindən riyaziyyatın (o cümlədən 9 və 11 -ci siniflərdə attestasiya imtahanlarına hazırlıq daxil olmaqla), həm də uşaqlar və böyüklər tərəfindən sıfırdan ingilis dilinin öyrənilməsinə hədəflənib.

Bütün hazırlıq kursu ərzində şagirdlər mütəmadi olaraq müxtəlif imtahanlar verirlər, “support lessons” (dəstək dərsləri) vasitəsilə müəllimləri ilə birlikdə öz səhvlərini müzakirə edirlər. “Leznik & Co.” abituriyentlərə real imtahanlara yaxın şərtlərdə sınaq imtahanları təklif edir.

Bundan əlavə, şirkətdə xaricə qəbulla bağlı müraciət edənlərə birbaşa kömək məqsədi ilə yaradılmış “Education Abroad” departamenti də fəaliyyət göstərir. Bu departament vasitəsilə şirkət bir çox ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq edir və eyni zamanda dünyanın istənilən universitetinə sənədlərin təqdim edilməsində tələbələrə kömək edir.

“Leznik & Co.” yalnız şagirdlərin uğurlu performansı ilə deyil, həm də müəllimlər tərəfindən şagirdlərin biliklərinin daimi izlənilməsini təmin edən xüsusi bir sistemlə məşhurdur. Bu uğurun müəllifi, ən yaxşı universitetlərə qəbul olmaq üçün 5000 -dən çox abituriyent hazırlamış Emil Leznikdir.

Yeri gəlmişkən, müəllimlərin özləri də şirkətə bir neçə meyar əsasında qəbul olunurlar. Akademik biliklərə əlavə olaraq, bu tələbələrlə işləmək bacarığı və təbii ki, insani keyfiyyətlər vacibdir. Bu səbəbdən burada uşaqlar müəllim heyəti tərəfindən qayğı və dəstək hiss edirlər və hər zaman öz müəllimlərinə müraciət edə bilərlər.

Şirkət, şagirdlərin imtahanlardan əvvəl, şübhəsiz ki, nəticələrinə təsir edə biləcək böyük stress yaşadıqlarını da nəzərə alıb. Bu səbəbdən “Leznik & Co.”-da testlərdən əvvəl peşəkar psixoloqlar abituriyentlərə mənəvi dəstək verirlər.

Əlaqə nömrəsi: *3170

Sayt: https://leznik.co.az/ 

“Facebook”: https://www.facebook.com/leznik.co.az 

“Instagram”: https://www.instagram.com/leznik.co.az/ 

“YouTube”: https://www.youtube.com/channel/UCm7gXfm1IC9CSoMasp9aYfw 

Ünvan: Səməd Vurğun küçəsi 77 (zabitlər parkının arxası).

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri