23 
Sen
2021
17:32
22
516
3820
Virtual karabakh

Agentlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO

23 Sen, 2021
17:32
3820

Agentlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ müharibəsinin iştirakçısı olmuş Məhəmmədli Etibar Ədalət oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır. 

Qazi bildirib ki, qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ona dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirilib. 
O iddia edir ki, hər üç inək xəstədir və agentlik heyvanları geri almaqdan imtina edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, postmüharibə üzrə sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi iştirakçısı Məhəmmədli Etibar Ədalət oğlu növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib və 08.06.2021 tarixində iribuynuzlu heyvandarlıq zərfi üzrə (3 baş inək və 400 kq yem) aktivlərlə təmin edilib:

“Təhvil-təslim zamanı vətəndaş özü prosesdə iştirak edib, ərazi məşğulluq mərkəzi ilə vətəndaş arasında akt imzalanıb. Heyvanların sağlamlığı və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi alındıqdan sonra heyvanlar vətəndaşa təqdim edilməsi üçün göndərilir. 

Aktivlər təqdim edilən zaman vətəndaşla imzalanan müqavilədə qeyd edildiyi kimi şəxs təhvil aldığı əmlakda hər hansı qüsur aşkarladığı halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və.s ) əmlakı təhvil aldıqdan ən gec 30 gün sonra Filiala təqdim edərək həmin aktivlərin yenisi ilə əvəz edilməsini tələb edə bilər.

Proqrama cəlb edilən zaman hər bir vətəndaşa bu barədə ətraflı məlumat təqdim edilir. Təhvil-təslim zamanı foto və video çəkilişi həyata keçirilir. Bütün məlumatlar nazirliyin saytında ictimai açıq formada yerləşdirilir.

Təhvil-təslim zamanı E.Məhəmmədli göstərilən dəstəyə görə öz təşəkkürünü edib. Bunu təhvil-təslim zamanı çəkilən videodan da aydın görmək olar”.

O qeyd edib ki, aktivlər verildikdən sonra E.Məhəmmədlinin filiala heç bir şikayət və narazılıq xarakterli müraciəti olmayıb:

“Araşdırmalarımız nəticəsində məlum oldu ki, vətəndaş Etibar Məhəmmədli aktiv sosial dəstək paketi olan Özünüməşğulluq proqramından imtina edib, passiv sosial dəstək tədbiri olan ünvanlı sosial yardıma müraciət etmək istəyir.

Bu istəyi barədə Ərazi Məşğulluq filialına heç bir müraciət etmədən məsələni ictimailəşdirib və bunu yanlış olaraq heyvanların sağlam olmaması fikrini səsləndirib və narazılıq bildirib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri