27 
Sen
2021
13:56
397
9
979
Virtual karabakh

Gürcüstanda Vətən müharibəsi şəhidləri anıldı

27 Sen, 2021
13:56
979

Gürcüstanda Vətən müharibəsi şəhidləri anıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Gürcüstandakı səfirliyində Anım Gününə həsr olunan mərasim keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar saat 12:00-da bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə Azərbaycan və Türkiyənin hərbi attaşeləri - polkovnik-leytenant Fuad İbrahimov və polkovnik Murat Altınər, səfirlik və SOCAR şirkətinin əməkdaşları, Gürcüstanın ictimai xadimləri, azərbaycanlı icmanın üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Səfirliyin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, bu gün həmçinin Suxumi şəhərinin süqutundan 28 il ötür və mərasimdə Abxaziya münaqişəsində həlak olanların da xatirəsi anılır.

Tədbir çərçivəsində Vətən müharibəsi, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri və Zəfər sevincini əks etdirən fotoşəkillər də sərgilənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri