27 
Sen
2021
17:24
402
7
1034
Virtual karabakh

Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsi anıldı

27 Sen, 2021
17:24
1034

Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsi anıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu müharibə xalqımızın şərəf, ləyaqət müharibəsi idi, 44 günlük müharibə tək torpaqlarımızı deyil, Azərbaycan xalqının qürurunu və şərəfini də geri qaytardı”.

“Report” xəbər verir ki, bunu Bakı şəhəri Təhsil İdarəsinin (BŞTİ) rəhbəri Mehriban Vəliyeva Bakıda 56 nömrəli tam orta məktəbdə keçirilən anım mərasimində deyib.

O, Bakı məktəblərinin şəhid olmuş 354 məzunu və 20 müəlliminin xatirəsini də anıb.

Qeyd edək, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 27 sentyabr Anım gününə həsr olunan “Hər məktəbdə 44 ağac” devizi altında ağacəkmə aksiyası keçirilib.

56 nömrəli tam orta məktəbdə təşkil olunan ağacəkmə aksiyasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, milli qəhrəman və şəhidin valideynləri, məktəb direktorları, müəllimlər, şagirdlər, həmçinin KİV nümayəndələri və digər qonaqlar iştirak edib. 

Qeyd edək ki, ağacəkmə aksiyası BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri