27 
Sen
2021
15:55
12
206
6263
Virtual karabakh

“Qaya” ansamblının yaradıcısı vəfat edib - YENİLƏNİB + FOTO

27 Sen, 2021
15:55
6263

“Qaya” ansamblının yaradıcısı vəfat edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyevin dəfn olunacağı yer məlum olub.

Mədəniyyət Nazirliyindən Oxu.Az-a bildirilib ki, o, ailəsinin istəyinə uyğun olaraq bu gün İsraildə dəfn olunacaq.

15:44

“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev vəfat edib.

Mədəniyyət Nazirliyindən Oxu.Az-a bildirilib ki, T.Mirzəyev ötən gün 85 yaşında İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Müğənni uzun müddətdir İsraildə yaşayırdı.

Xatırladaq ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri