28 
Sen
2021
00:07
235
13
1216
Virtual karabakh

Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb - FOTO

28 Sen, 2021
00:07
1216

Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabelyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq əks-hücüm əməliyyatı həyata keçirib.

Nazir müavini bu gün təşkil olunan “Xarıbülbül” sərgisinin də möhtəşəm Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunduğunu deyib. 44 gün davam edəcək sərgidə məqsəd əlilliyi olan şəxslərin, o cümlədən İnklüziv İncəsənət məktəbi tələbələrinin əsasən Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza, Zəfərimizə həsr olunmuş, ümumən vətənpərvərlik mövzusunda əl işlərinin nümayiş olunmasıdır. Bu sərgi, eyni zamanda, əlilliyi olan şəxslərin yaradıcılıq istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə 20-dək şəxsin 100-dən çox əl işi təqdim edilir. Əl işlərinin satışından əldə olunan vəsait da həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri