Okt
2021
14:46
580
20
1432
Virtual karabakh

Bağdad Amreyev: “Türk dünyasının birliyi Azərbaycan ərazilərinin azad olması nəticəsində möhkəmləndi”

3 Okt, 2021
14:46
1432

Bağdad Amreyev: “Türk dünyasının birliyi Azərbaycan ərazilərinin azad olması nəticəsində möhkəmləndi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türk dünyasının birliyi əhəmiyyətli müvəffəqiyyətlərin sayəsində, hər şeydən əvvəl Azərbaycan ərazilərinin işğaldan azad olunmasından və onun müstəqilliyinin, ərazi bütövlüyünün bərpasından sonra möhkəmləndi”.

Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevin təbrikində deyilir.

“44 günlük Vətən Müharibəsi zamanı Türk Şurası bütün üzv dövlətlər adından Azərbaycanın haqq işini hər vasitə ilə dəstəklədi və onun qalib nəticəsi bütün dövlətlərimizin qürur mənbəyi oldu”, - təbrikdə deyilir.

O vurğulayıb ki, 2020-2021-ci illər türk dünyası üçün müvəffəqiyyətli olub.

Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri