Okt
2021
11:56
14
390
5533
Virtual karabakh

Uşaq evində acınacaqlı vəziyyət: Natəmizlik, kiflənmiş yataq və “VIP” yerlər - VİDEO

5 Okt, 2021
11:56
5533

Uşaq evində acınacaqlı vəziyyət: Natəmizlik, kiflənmiş yataq və “VIP” yerlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda yerləşən 3 saylı Uşaq İnternat Evində acınacaqlı vəziyyət qeydə alınıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, uşaqların ərzaq, yataq dəstləri ilə bağlı təminatında nöqsanlar var. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 3 saylı Uşaq İnternat Evi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyindədir, bu barədə suala onlar cavab verə bilərlər.

Əldə etdiyimiz məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məsələ ilə bağlı aidiyyəti quruma ciddi tapşırıq verib. 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələnin araşdırılması üçün komissiya yaradılıb:

“Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri