Okt
2021
13:46
25
516
4921
Virtual karabakh

Bakıda ağaclar kəsilərək obyekt tikilir? - YENİLƏNİB + FOTO

7 Okt, 2021
13:46
4921

Bakıda ağaclar kəsilərək obyekt tikilir? - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonu ərazisində ağacların kəsildiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə baxış keçirilib və “fakt təsdiqini tapmayıb”.

O qeyd edib ki, sözügedən ünvanda 2015-ci ildə tikinti işlərinə başlanılsa da, sənədlər qanuna müvafiq olmadığı üçün tikinti Bakı Şəhər İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılıb. Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.

İlhamə Əbülfət

12:08

Xətai rayonu ərazisində ağacların kəsildiyi bildirilir.

Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 1 ünvanında sakinlərin istirahət etdiyi yaşayış binasının həyətində ağaclar kəsilərək obyekt tikilir.

Sakinlər ağacların kəsilərək uşaqların oynaması və sakinlərin, xüsusilə qocaların dincəlməsi üçün nəzərdə tutulmuş yerdə obyekt tikilməsindən narazıdırlar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri