Okt
2021
00:16
171
29
1466
Virtual karabakh

Qobustanda oğurluq edən şəxsdən narkotik də aşkarlanıb - FOTO

9 Okt, 2021
00:16
1466

Qobustanda oğurluq edən şəxsdən narkotik də aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxsdən müxtəlif növ narkotik vasitələr də aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı rayonun Təklə Mirzəbaba kəndindən yerləşən evlərin birindən müxtəlif məişət əşyaları və ov tüfəngi oğurlayan Qahir Şərfalıyev tutularaq istintaqa təqdim olunub. Q.Şərfalıyevin sərnişin qismində əyləşdiyi avtomobildə olan ona məxsus çantadan ov tüfəngi, patronlar və 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Polis Şöbəsində həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə narkotik vasitə olan heroin və şprislər aşkarlanıb. 

Araşdırma zamanı Q.Şərfalıyevin oğurladığı əşyaları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığı məlum olub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri