12 
Okt
2021
16:48
371
25
3003
Virtual karabakh

Ukrayna uğrunda həlak olan azərbaycanlılar - VİDEO

2014-cü ildən bu günə kimi milliyyətcə azərbaycanlı olan 4 Ukrayna vətəndaşı bu ölkənin ərazi bütövlüyü uğrunda həlak olub. 

Ukraynanın suverenliyi uğrunda canından keçənlərin şərəfinə paytaxt Kiyevdə salınan parkda Azərbaycan və azərbaycanlıların da adı əbədiləşdirilib. 

Əslən Şəki şəhərindən olan və 20 ildən çox burada yaşayan Ukrayna vətəndaşı Vidadi İsrafilov da 7 ildən çoxdur Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşənlər sırasındadır. Soydaşımız Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı bölüyündə ölkənin şərqində separatçılara qarşı keçirilən döyüşlərdə fəallığına görə müxtəlif orden və medallarla da təltif olunub. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığından Baku TV-yə cavab olaraq bildirilib ki, 2014-cü ildən bu günə qədər rəsmi olaraq milliyyətcə dörd azərbaycanlı Ukrayna vətəndaşının qəhrəmancasına həlak olması qeydə alınıb. Bunlar − əsgərlər Yolçu Əliyev və Fariz İbrahimov, çavuş Sahib Atakişiyev və kapitan İlqar Bağırovdur. Onlar komandanlıq və Ukrayna siyasi rəhbərliyi tərəfindən ölümündən sonra müxtəlif ali mükafatlara layiq görülüblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri