12 
Okt
2021
18:12
19
120
2348
Virtual karabakh

Əməkhaqlarının bir hissəsi dövlət tərəfindən ödənilən şəxslərin sayı AÇIQLANDI - FOTO

12 Okt, 2021
18:12
2348

Əməkhaqlarının bir hissəsi dövlət tərəfindən ödənilən şəxslərin sayı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sentyabr ayında daha 104 şəxsə iş yerlərinə göndəriş verib.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə proqram üzrə verilən göndərişlərin sayı isə 1 044-ə çatıb.

İşlə təminat üçün göndəriş verilənlərin əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslərdir.

Proqram üzrə artıq 366 nəfərlə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və əmək fəaliyyətinə başlayıblar. Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama linkə daxil olaraq müraciət edə bilərlər.

Bu proqram əsasında işlə təmin edilən şəxslərin iki il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri