13 
Okt
2021
15:14
136
47
1840
Virtual karabakh

AZAL və Airbus aviaşirkəti hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər - FOTO

13 Okt, 2021
15:14
1840

AZAL və Airbus aviaşirkəti hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL-ın prezidenti Cahangir Əsgərov oktyabrın 13-də “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.

AZAL-dan verilən məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə ediblər və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsini vurğulayıblar.

O cümlədən, “Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Belə ki, müəyyən edilən dövrdə “Airbus Group” tərəfindən aviaşirkətə mövcud “Airbus A319” və “Airbus A320” təyyarələri əvəzinə yeni nəsil “Airbus A320neo” və “Airbus A321neo” tipli 20-dək təyyarə təchiz edilə bilər.

Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsində yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri