15 
Okt
2021
15:12
291
15
3148
Virtual karabakh

“Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqları Kür çayına buraxılıb - FOTO

15 Okt, 2021
15:12
3148

“Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqları Kür çayına buraxılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 15-də Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

Qurumdan verilən məlumata görə, nazirliyin və IDEA İctimai Birliyinin rəsmilərinin, könüllülərin, məktəblilərin iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 10 000 nərə balığı Kür çayına buraxılıb, həmçinin zavodun ərazisində ağacəkmə aksiyası keçirilib.

Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) tərəfindən davamlı olaraq birgə mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri