16 
Okt
2021
13:13
406
42
8396
Virtual karabakh

Qəbirdən cadu çıxarmaq üçün 4 min manat alan falçı ələ keçdi - FOTO/VİDEO

16 Okt, 2021
13:13
8396

Qəbirdən cadu çıxarmaq üçün 4 min manat alan falçı ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunda dələduzluq edən falçı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2 000 manat pul alıb.

G.Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2 000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra 3-cü dəfə rayona gələn G. Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri