20 
Okt
2021
10:59
39
307
5860
Virtual karabakh

Sumqayıtda yol çökdü - YENİLƏNİB

20 Okt, 2021
10:59
5860

Sumqayıtda yol çökdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər İcra Hakimiyyəti yolun çökməsi ilə bağlı məsələyə münasibət bildirib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti ilə Azərbaycan prospektlərinin kəsişməsində yol çökməyib:

“Həmin ərazidən keçən kanalizasiya xətlərində sızma olduğu üçün “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qazma işləri aparılır. Hazırda problemin həlli istiqamətində işlər görülür”.

10:38

Sumqayıtda avtomobil yolu çöküb. 

Oxu.Az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə Azərbaycan prospektinin kəsişməsində yol çöküb. Hadisə nəticəsində sözügedən istiqamətdə nəqliyyatın hərəkətində problem yaranıb.

İlkin məlumatlara görə, yolun çökməsinə səbəb kanalizasiya xətlərində yaranan problemdir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri