20 
Okt
2021
16:32
273
106
3519
Virtual karabakh

Ekspert: “Çalışmaq lazımdır ki, tədris bağlanmasın”

20 Okt, 2021
16:32
3519

Ekspert: “Çalışmaq lazımdır ki, tədris bağlanmasın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bizdə olan statistikaya əsasən koronavirusa yoluxma 30-59 yaş qrupu arasındakı şəxslər arasında daha çoxdur.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.

O bildirib ki, məktəblərin açılması ilə əlaqədar yoluxmanın yaş faktorunda dəyişiklik baş tuta bilər:

“Lakin bütün hallarda uşaqlarla böyüklər müqayisə edilərsə, yoluxma zamanı uşaqlar xəstəliyi daha yüngül keçirir. Bütün hallarda məlum məsələdir ki, sosial aktiv şəxslər arasında yoluxmalar daha çox olur”.

Mütəxəssisin sözlərinə görə, çalışmaq lazımdır ki, tədris bağlanmasın, çünki distant təhsil uşaqlarda əyani təhsilin effektini vermir. O, valideynlərə uşaqların səhhətini nəzərdə saxlamağı tövsiyə edib:

“Başı ağrıyar, boğazı ağrıyar, burnu tutula bilər və s. bu məqamları soruşmaq lazımdır. Səhər və axşam uşaqların hərarəti ölçülməlidir. Yüngül hərarət ola bilər ki, bilməzlər. Məktəbə gedənə qədər bu kimi məqamlar aşkarlanması yaxşıdır. Çünki uşaqlar məktəbdə digər uşaqlarla təmasda ola bilər. Bu da yoluxma ilə bağlı məsələyə təsir edən məqamlardandır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri