21 
Okt
2021
17:48
441
17
2094
Virtual karabakh

Vətən müharibəsi şəhidi Fuad Məmmədovun anım günü qeyd olunub - FOTO

21 Okt, 2021
17:48
2094

Vətən müharibəsi şəhidi Fuad Məmmədovun anım günü qeyd olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeriyeviçin anım günü qeyd olunub.

Oxu.Az xəbər verir ki, anım günündə qazilər, məktəblilər, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhidin təhsil aldığı Milli Aviasiya Akademiyasının tələbələri və müəllim heyəti iştirak edib.

Sonra tədbir Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Şəhidlərin Xatirə Parkında davam etdirilib. 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və güllər düzülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri