23 
Okt
2021
17:48
28
438
14472
Virtual karabakh

Bakıdakı narkomanların yuvasından yeni xəbər var - VİDEO

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerinin narkomanlar yuvasına çevrildiyi işıqlandırıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçib.

Belə ki, narkotik maddə istifadəçilərinin əlverişli toplanma yeri olan dəmir konteyner ərazidən kənarlaşdırılıb. Həmçinin keçilməsi çox rahat olan taxta hasarların da qısa müddət sonra yenilənəcəyi bildirilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikilinin yarımçıq qalması onun qanunsuz inşa edildiyi ehtimalını da artırır.

Tikintinin nə üçün yarımçıq qaldığı, eləcə də yolverilən qayda pozuntuları ilə bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edək.

Bu qurumdan isə bildirildi ki, tikinti zamanı yolverilən qayda pozuntularına görə Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır. Nazirlikdən isə zəngimizə cavab verilmədi.

Əldə etdiyimiz məlumata görə isə, ərazidə çoxmərtəbəli avtomobil dayanacağı və ictimai iaşə obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2015-ci il tarixli sərəncamı var.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri