27 
Okt
2021
21:27
413
28
3493
Virtual karabakh

Moskva aeroekspresində Azərbaycanın turizm potensialı təbliğ olunur - FOTO/VİDEO

Moskvanın Paveletskiy dəmiryol vağzalından Domodedovo hava limanına hərəkət edən qatarın sərnişinləri Azərbaycanın turizm imkanları ilə tanış olmaq şansı əldə ediblər.

Belə ki, aeroekspresin üzərində və salonunda ölkəmizin turizm potensialı təbliğ olunur. Kreativ şəkildə hazırlanmış, rəngarəng vaqonlardakı kiçik banerlərdə qonaqpərvər Azərbaycanda turistlərə təklif edilən xidmətlər barədə məlumat verilir.

Qeyd edək ki, sözügedən qatarın sərnişinləri, bir qayda olaraq müxtəlif bölgələrə səyahət etmək məqsədilə hava limanına gedən insanlardır. Odur ki, belə reklam kampaniyasının effektivliyi heç kəsdə şübhə doğurmur.

Məlumat üçün bildirək ki, hazırda bu üsulla turistləri cəlb edən yeganə ölkə məhz Azərbaycandır. Üzərindəki “Öz Azərbaycanını kəşf et!” şüarı ilə diqqəti cəlb edən aeroekspress növbəti beş ay ərzində ölkəmizin turizm imkanlarını Moskva sakinləri və şəhər qonaqlarına çatdıracaq.  

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri