28 
Okt
2021
14:12
90
66
1249
Virtual karabakh

Ağdaşda karantin qaydalarını kobud şəkildə pozan şəxslər CƏZALANDIRILDI - FOTO

28 Okt, 2021
14:12
1249

Ağdaşda karantin qaydalarını kobud şəkildə pozan şəxslər CƏZALANDIRILDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən şadlıq saraylarında, eləcə də fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Ümid” şadlıq sarayındakı toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, “Səma” şadlıq sarayında isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Sabir Məmmədov və Arif Nəsibov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Ağdaş rayonunun bir neçə kəndində və şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən yeddi toy mərasimində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin rejiminin tələblərini pozan həmin toyların sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri