28 
Okt
2021
13:56
450
10
2706
Virtual karabakh

Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan FHN əməkdaşının anım günüdür - FOTO

28 Okt, 2021
13:56
2706

Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan FHN əməkdaşının anım günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Fövqəladə Hallar Nazirliyinin şəhid olmuş əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun anım günüdür. 

Oxu.Az-ın məlumatına görə, şəhid 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olub.

Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbi bitirib. Rəşad Şəfiyev məktəb illərində nizam-intizamı və çalışqanlığı ilə seçilib. 

2010-2011-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 

4 iyul 2019-cu ildən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. İşgüzar, məsuliyyətli, vətənpərvər hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazana bilib. 

Rəşad Şəfiyev 44 günlük Vətən müharibəsi zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin sıralarında əhalinin mülki müdafiəsinin təşkili əməliyyatlarına cəlb olunub, bu əməliyyatlarda fədakarlıqla iştirak edib. 

Ermənistanın dinc əhalini hədəfə alaraq 28 oktyabr 2020-ci ildə Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib. Doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb. Vətənə əmanət bir qız və bir oğlan övladı yadigar qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri