Noy
2021
12:32
266
12
1795
Virtual karabakh

Ağdamda mərmi düşən ev yenidən bərpa olunub - FOTO

1 Noy, 2021
12:32
1795

Ağdamda mərmi düşən ev yenidən bərpa olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raket komplekslərindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

“Report” xəbər verir ki, Vətən müharibəsi zamanı Ağdamın Qaradağlı kəndi ermənilərin ən çox atəş altında saxladıqları kəndlərdən biri olub.

Erməni terrorçularının atdığı raketlərdən biri Qaradağlı kənd sakini Cahid Rüstəmovun evinə düşüb. Partlayış nəticəsində vətəndaşa məxsus olan iki ev, bir yardımçı tikili tamamilə dağıdılıb. İndi Cahid Rüstəmovun dağıdılan evinin həyətində, ona və bacısına məxsus olan evlərin yerində ölkə başçısının tapşırığına uyğun olaraq, müasir tələblərə cavab verən yaşayış evi tikilərək onlara təhvil verilib.

Dövlət başçısının tapşırığına əsasən, qısa zaman çərçivəsində görülmüş işlərin nəticəsi olaraq Ağdamda 1450-dən çox tikili təmir-bərpa olunub, 27 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək artıq sakinlərə təqdim edilib. Hazırda 5 yaşayış evinin tikintisi bitmək üzrədir. Bununla yanaşı, 300 tikilinin təmir-bərpası işləri görülür.

Yaxın müddətdə Füzuli rayonu ərazisində də tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.

Ümumilikdə Ağdam rayonun yaşayış məntəqələrində 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə dağılıb. 1750-dən çox tikiliyə zərər dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri