Noy
2021
12:56
38
188
1001
Virtual karabakh

ÜST-ün Baş direktoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib

4 Noy, 2021
12:56
1001

ÜST-ün Baş direktoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib.

“Report”un xəbərinə görə, o, təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Biz planetimizin insanlarının sağlamlığını təmin etməliyik. Biz həmrəyliklə bu pandemiyadan üzüağ çıxacağıq. Bu medala görə təşəkkür edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, təltiflə bağlı qərar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda açıqlanıb. ÜST-ün Baş direktoru tədbirə videokonfrans vasitəsilə qatılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri