Noy
2021
14:12
39
63
2359
Virtual karabakh

ABŞ-a səyahət etmək üçün hansı vaksinlər qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA

8 Noy, 2021
14:12
2359

ABŞ-a səyahət etmək üçün hansı vaksinlər qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən səfər etmək istəyən şəxslər Amerika Birləşmiş Ştatlarına (ABŞ) uçmaq üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və testin mənfi nəticəsini təqdim etməlidirlər.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən müəyyən edilib ki, səyahət məqsədləri üçün qəbul edilən peyvəndlərin arasında ABŞ-ın Qida və Dərman İdarəsi tərəfindən təsdiq edilmiş və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə siyahısına istifadə üçün salınmış (EUL) vaksinlər daxildir.

“Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “BIBP/Sinopharm”, “Sinovac” sözü gedən vaksinlərdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri