17 
Noy
2021
17:48
31
376
2650
Virtual karabakh

Ev şəraitində toy edənlər CƏZALANDIRILDI - FOTO/VİDEO

17 Noy, 2021
17:48
2650

Ev şəraitində toy edənlər CƏZALANDIRILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Kiçik Əmili və Tikanlı kəndlərində, eləcə də Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də ümumilikdə üç toyda 38 nəfərin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Teymur Zəkəryəyev, Zaur Yusifov və Eduart Xanayev barəsində protokol tərtib olunaraq cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri