18 
Noy
2021
12:46
14
139
1463
Virtual karabakh

Leyla Tağıyeva: “Pandemiyada uşaqların qayğıya ehtiyacı olduğunu gördük”

18 Noy, 2021
12:46
1463

Leyla Tağıyeva: “Pandemiyada uşaqların qayğıya ehtiyacı olduğunu gördük”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşaqlar üçün keyfiyyətli həyatın təmin edilməsi üçün uşaqların öz hüquqları barədə məlumatlı olması önəmlidir”.

Oxu.Az xəbər verir ki, bunu Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. 

O bildirib ki, uşaq hüquqlarının müdafiəsi mövzusunda bir çox genişmiqyaslı maarifləndirici tədbirlərə gərək var:

“Pandemiya dövründə uşaqların, xüsusilə də həssas qrupa daxil olan uşaqların qayğıya ehtiyacı olduğunu gördük. Uşaqların təhsil və səhiyyəyə çıxış imkanlarının azalması da diqqətdən yayınmadı. Onların təhsilə çıxışı ilə bağlı zəruri tədbirlər görülür. Bu sahədə çalışan şəxslərin maarifləndirilməsi və təkmilləşdirilməsi istiqamətində bir çox proqramlar hazırlanıb, tətbiq edilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri