20 
Noy
2021
12:28
50
139
1446
Virtual karabakh

166 nəfər niyə toya buraxılmadı?

20 Noy, 2021
12:28
1446

166 nəfər niyə toya buraxılmadı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 19-da Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, monitorinqlər DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə səkkiz nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 166 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri