20 
Noy
2021
17:32
39
207
2037
Virtual karabakh

Saray sakinlərinin kanalizasiya problemi - VİDEO

20 Noy, 2021
17:32
2037

Saray sakinlərinin kanalizasiya problemi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivinin sakinləri kanalizasiya sularının hara gəldi axıdılmasından narazıdır. Sakinlərin sözlərinə görə, yay aylarında üfunət qoxusundan evlərin qapı-pəncərələrini açmaq müşkül məsələyə çevrilir.

Sakinlər deyir ki, Üzümlük yaşayış massivində kanalizasiya xətti ümumiyyətlə olmayıb.

Vətəndaşlar öz vəsaitləri hesabına evlərdən plastik boru vasitəsilə xətlər çəkib, çirkab suları hara gəldi axıdırlar. Bu da ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Onlar qeyd edir ki, “Azərsu” ASC tərəfindən “Üzümlük” yaşayış massivinin bir hissəsinə proqram əsasında kanalizasiya xətti çəkilib. Ancaq onların yaşadığı ərazi nədənsə aidiyyəti qurum tərəfindən unudulub. Dəfələrlə müraciət edilsə də, onların şikayətlərinə baxan olmayıb.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri